Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müəllif:Mehin Qasımova,Banco.az
Amerikalı elektrik avtomobili istehsalçısı "Tesla" ABŞ-ın Texas ştatında 3,1 milyard dollar dəyərində yeni istehsal müəssisəsi tikməyi planlaşdırır.
Banco.az xəbər verir ki,şirkətin müraciətinə əsasən, Nueces qraflığında inşa ediləcək zavodda günəş panellərinin istehsalında istifadə olunan polisilikon istehsalı nəzərdə tutulur.
Yeni müəssisənin yaradılmasında əsas məqsədlərdən biri ABŞ-ın günəş enerjisi sənayesi üçün yerli xammal təchizatını gücləndirmək və Çindən asılılığı azaltmaqdır.
Tesla-nın planına əsasən, zavodun 2030-cu ildə fəaliyyətə başlaması, 2032-ci ilə qədər isə 515 nəfərin işlə təmin edilməsi gözlənilir.
Şirkət vergi güzəştlərinin layihənin yerləşəcəyi ərazinin seçimində mühüm rol oynayacağını bildirib. Bununla belə, müraciətdə tələb olunan güzəştin konkret məbləği açıqlanmayıb.