Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vaşinqton, 21 dekabr, AZƏRTAC “Tesla” şirkəti avtomobilin təkəri üçün təzyiqə nəzərət sistemindəki xəbərdarlıq işığında yaranmış problemə görə 700 min avtomobilini geri çağırır.
AZƏRTAC-ın məlumatına görə, Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının yaydığı açıqlamada problemin 2024-cü il istehsalı olan “Cybertruck”, 2017-2025-ci illərin istehsalı olan “Model 3” və 2020-2025-ci illərin istehsalı olan “Model Y” avtomobillərində qeydə alındığı deyilir.İlon Maskın rəhbərlik etdiyi şirkət problemi həll etmək üçün müştərilərə pulsuz proqram yeniləməsi təqdim edəcəyini bildirib.
Məlahət Nəcəfova AZƏRTAC-ın xüsusi müxbiri Vaşinqton Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.