Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Tesla” şirkəti Almaniyanın Qrünhayde şəhərində “Cybercab” sürücüsüz taksilərinin istehsalı üçün yeni binanın tikintisinə 3 milyard avro vəsait ayıracaq.
Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
“Tikinti işlərinə 2027-ci ilin birinci yarısında, istehsalına isə 2029-cu ildə başlanılması planlaşdırılır. Gələcəkdə müəssisənin istehsal gücü 1 milyonadək sürücüsüz avtomobil istehsal etməyə imkan verəcək”, - məlumatda deyilib.