Icma.az, Azvision portalına istinadən məlumat verir. AzVision.az xəbər verir ki, Aİ-nin ümumi avtomobil bazarında cüzi də olsa artım qeydə a
Bununla belə, “Tesla” öz mövqeyini itirməkdə davam edir: ilin ilk dörd ayında şirkət 42 minə yaxın avtomobil satıb ki, bu da 2024-cü ilin ey
“Tesla”nın satışlarının azalması ilin əvvəlindən Avropanın elektrik avtomobil bazarında 26,4% ümumi artımı fonunda baş verir.
Enişin miqyasına görə “Tesla” avtomobilləri “Smart” (–67,6%), “Jaquar” (–67%) və “Mitsubishi” (–34,5%) kimi brendlərlə müqayisə oluna bilər.
Yeri gəlmişkən, “Tesla”nın satışları şirkətin əsas bazarlarından biri olan Çində də azalır.
“Tesla”nın uğursuzluğu 2 əsas amillə izah olunur: daha sərfəli modellər təklif edən Çindəki elektrik avtomobil istehsalçılarının artan rəqabəti; şirkətin sahibi İlon Maskın siyasi bəyanatları fonunda ABŞ və Avropada boykot kampaniyası.
Qeyd edək ki, daha əvvəl Mask ABŞ-nin Federal Hökumətin Səmərəliliyi Departamenti (DOGE) layihəsi çərçivəsində öz fəaliyyətini azaltdığını etdiyini açıqlamışdı.
Amerika mətbuatının yazdığına görə, o, prezident Donald Trampın çevrəsində ictimai iştirakını da azaldıb.