Tesla Avropada mövqelərini itirməyə davam edir

02.02.2026

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla Inc.” şirkətinin Avropadakı satışlarında azalma yeni ildə də davam edir. 

Banco.az xəbər verir ki, regionun aparıcı iki elektrikli avtomobil bazarında qeydiyyata alınan nəqliyyat vasitələrinin sayı əhəmiyyətli dərəcədə azalıb.

Fransa Avtomobil Platformasının (PFA) məlumatına əsasən, “Tesla”nın Fransada avtomobil qeydiyyatları yanvar ayında 42 faiz azalaraq 661 ədəd təşkil edib. Bununla da 2022-ci ilin iyul ayından bəri ən kəskin eniş qeydə alınıb.

Norveçdə də yanvar ayında avtomobil qeydiyyatları 88 faiz azalıb.

“Tesla”ya olan tələbat 2025-ci ildə Avropanın böyük hissəsində zəifləyib. Bu azalmanın səbəblərindən biri “Tesla”nın rəhbəri Elon Maskın Tramp administrasiyası üçün apardığı fəaliyyətlər, eləcə də Almaniya və İngiltərə daxil olmaqla bəzi ölkələrdə sağçı siyasi fiqurlara verdiyi dəstək olub.

Digər tərəfdən, “Tesla” Avropada həm “Volkswagen AG” və “Stellantis NV” rəhbərliyində olan yerli rəqiblərlə, həm də “BYD Co.” daxil olmaqla Çin istehsalçıları ilə artan rəqabətlə üz-üzədir.

Fransa ötən il Avropada elektrikli avtomobil qeydiyyatına görə Almaniya və İngiltərədən sonra üçüncü ən böyük bazar olub. Yanvar ayında “Tesla” bu ölkədə “Volkswagen AG”nin “Cupra” və ya “Stellantis NV”nin “Jeep” brendlərindən daha az avtomobil satıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью