“Tesla” bu modellərin istehsalını dayandırır

29.01.2026

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Amerikanın elektrik avtomobil istehsalçısı “Tesla” “Model S” və “Model X”in istehsalını dayandırmağı və Kaliforniyanın Fremont şəhərindəki zavoddan “Optimus” inzanabənzər robotlarının istehsalı üçün istifadə etməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tesla” şirkətinin baş direktoru İlon Mask dördüncü maliyyə rübünün yekunlarına dair virtual mətbuat konfransında bildirib.
“Model S” və “Model X” proqramlarını dayandırmağın və onları təqaüdə göndərməyin vaxtıdır. Çünki biz muxtariyyətə əsaslanan gələcəyə doğru irəliləyirik. Əgər “Model S” və “Model X”lə maraqlanırsınızsa, indi onları sifariş etməyin vaxtıdır. Çünki gələn rübdən bu modellərin istehsalını dayandırmağı planlaşdırırıq”, - deyə Mask bildirib.
Mask bununla da, Fremont zavodunun “Optimus” zavoduna çevriləcəyini qeyd edib.
Qeyd edək ki, Mask insanabənzər robotlar istehsal etmək ideyasını 2021-ci ilin avqust ayında irəli sürüb və 2024-cü ilin oktyabr ayında ilk insanabənzər “Optimus” robotunu təqdim edib.
“Tesla” şirkətinin baş direktoru onun qiymətinin 20 000-lə 30 000 dollar arasında olacağını və hər kəsin bunu almaq imkanının olacağını bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью