Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 16 noyabr, AZƏRTAC
“Tesla” şirkəti ABŞ-də sükan və pedalları olmayan tamamilə avtonom “Cybercab” elektrokarını fərdi şəxslər üçün satışa təqdim edib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, yeni modelin qiyməti 29 min 990 dollar təşkil edir. Lakin avtomobildən istifadə etmək üçün aylıq 299 dollar dəyərində məcburi “avtonom idarəetmə abunəliyi” tələb olunur.
Müqayisə üçün qeyd edək ki, standart “FSD” avtopilotunun aylıq abunə haqqı 99 dollardır.
Şirkətin açıqlamasına görə, fərdi “Cybercab” avtomobillərini hələlik yalnız “Tesla”nın robotaksi xidmətinin fəaliyyət göstərdiyi məhdud şəhərlərdə idarə etmək mümkün olacaq. İlkin mərhələdə təklif olunan avtomobillərin sayı isə məhduddur.