Tesla da növbəti ucuzlaşma

27.02.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Tesla şirkəti böhranla üzləşib. Avtosfer.az xəbər verir ki, Avropada satışları  azalan şirkətin səhmləri də ucuzlaşıb. Avropa Avtomobil Konstruktorları Assosiasiyasınn xəbərinə görə, yanvarda ittifaqda 7517 Tesla elektromobili satılıb. Bu da illik əsasda ikiqat azalma deməkdir. 
Səhmlərin ucuzlaşmasına elə Teslanın satışlarının azlması səbəb olub. Yanvarın statistikası elan edildikdən sonra səhmlər 8 faiz ucuzlaşıb. Hazırda Nyu-York birjasında şitkərin səhmlərinin qiyməti təxminən 302 dollardır. 
Avropa İttifaqında Teslanın satışlarının azalmasına əsas səbəb şirkətin rəhbəri İlon Maskın Avropanın daxili işlərinə ifrat müdaxiləsidir.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью