Tesla nın avtomobil tədarükü son 3 ilin minimumuna endi

04.04.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

İlon Maskın elektrikli avtomobil istehsalçısı "Tesla" bu ilin birinci rübündə 336 681 avtomobil tədarük edib.

Avtosfer.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2022-ci ildən bəri ən pis rüblük nəticədir.

Buna səbəb isə Donald Trampın avtomobil idxalına tətbiq etdiyi 25%-lik rüsüm olub. Belə ki, bundan sonra "Tesla"nın səhmləri kəskin ucuzlaşıb.

(iqtisadiyyat.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью