Icma.az bildirir, Avtosfer portalına istinadən.
Johanna.be təşkilatı Brüsseldə Teslanın “Full Self-Driving” (FSD) avtonom ödəniş sistemini test edib.
Avtosfer.az xəbər verir ki, 3 gün ərzində Belçika paytaxtı və ətrafında 400 kilometr yol qət edilib. Əsas diqqət saatda 20 və 30 km/saat sürət limiti olan yollarda hərəkətə, piyada və velosipedlərin intensiv hərəkət etdiyi ərazilərə yönəldilib.
30 km/saaat sürət limiti olan yollarda elektromobilin orta sürəti 44 km/saat olub. Maşının ekranında bu zaman limit 50 km/saat kimi əks olunub.
20 km/saaat sürət limiti olan yollarda isə sürət həddi 44 faiz aşılıb. Bundan başqa, Tesla velosiped hərəkəti olan yollarda velosipedçiləri ötməyə cəhd edib ki, bu da ciddi qayda pozuntusu hesab edilir.
Johanna.be bildidir ki, avtonom avtomobilin ən yaxşı xüsusiyyəti piyadaları buraxmasıdır.
Tesla şirkəti araşdırmanın nəticələrini şərh etməyib. Belçika Yol Agentliyi isə bildirib ki, komplektasiyadan asılı olmayaraq, sürücü avtomobillə bağlı baş verənlərə görə məsuliyyət daşıyır.
Vüqar Yaşaroğlu