Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Avtomobil dünyasının ən çox gözlənilən modellərindən biri olan "Tesla"nın "Roadster 2" təqdimatı hava şəraiti ilə bağlı çətinliklərlə üzləşib.
Banco.az xəbər verir ki, "X" platformasında paylaşılan açıqlamada şirkət bildirib:
"Yerli meteoroloqlarla birlikdə hava şəraitini yaxından izləyirik. Lakin proqnozlaşdırılan ağır şərtlər və tədbirin yalnız açıq havada keçirilə bilməsi səbəbindən tədbiri yenidən planlaşdırmaq üçün çətin qərar verdik".
Məlumata görə, tədbir açıq havada keçirilməlidir. Çünki "Tesla" şirkəti Roadster-ə "SpaceX" tərəfindən istehsal olunmuş soyuq qaz mühərriklərini inteqrasiya edib və bunun onun müəyyən dərəcədə uçmasına imkan verəcəyi gözlənilir.
Bu təqdimat əvvəllər dəfələrlə təxirə salınıb.