Tesla nın sevilən funksiyasına qadağa qoyuldu

29.11.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Tesla” şirkətinin yeni "FSD v15" proqram təminatında təqdim etdiyi “Reality View” funksiyası Avropada məhdudiyyətlə üzləşə bilər.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, bu funksiya avtomobilin kameralarından əldə edilən görüntülər əsasında ətraf mühitin üçölçülü modelini yaradaraq sürücüyə ekranda təqdim edir.

Lakin Avropa qaydalarına əsasən, sürücünün diqqətini yoldan yayındıra biləcək detallı və hərəkətli görüntülərin istifadəsi məhdudlaşdırıla bilər.

Hazırda funksiyanın Avropada qadağan edilməsi ilə bağlı rəsmi qərar yoxdur. Bununla belə, mövcud təhlükəsizlik qaydaları onun hazırkı formada təsdiqlənməsini çətinləşdirə bilər.

Vilayət Muxtar

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью