Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2025-ci ilin birinci rübündə "Tesla" şirkətinin xalis gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 71% azalıb.
BAKU.WS xəbər verir ki, şirkətin həm ümumi gəliri, həm də elektrik avtomobillərinin satışından əldə etdiyi gəlir mənfi nəticə göstərib.
Tesla-nın hesabatına görə, ilin ilk üç ayında xalis gəlir 409 milyon dollar olub - bu isə ötən ilə nisbətən 71% azalma deməkdir.
Avtomobil istehsalçısının ümumi gəliri 19,34 milyard dollar, birbaşa elektrik avtomobillərinin satışından gəlir isə 14 milyard dollar təşkil edib.
Bu göstəricilər müvafiq olaraq 9% və 20% azalma deməkdir. İlon Maskın rəhbərlik etdiyi şirkət zəif maliyyə nəticələrini istehsalatın modernl
Bundan başqa, avtomobil və enerji bazarlarında olan ümumi qeyri-müəyyənlik Tesla-nın xərclərinə təsir göstərir.
2025-ci il Tesla üçün uğursuz başlayıb. İlin ilk aylarında şirkətin səhmləri 41% dəyər itirib.