Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yenilənmiş altı oturacaqlı elektrik krossoveri "Tesla Model YL" Çində satışa çıxarılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə avtomobil istehsalçısının saytında deyilir.
Məlumata görə, avtomobilin qiyməti 339 min yuan (47 min dollar) təşkil edir.
"Model Y"nin standart versiyası ilə müqayisədə yeni model 179 mm uzun və 44 mm yüksəkdir, eni isə dəyişməz olaraq qalıb.
Qeyd edək ki, "Tesla"nın Çində satışları ilin ilk altı ayında illik müqayisədə 5,4% azalıb. Şirkət Çində 263 min avtomobil satıb.(iqtisadiyyat.az)