Tesla nın yeni modelinin gizli şəkilləri yayıldı | Icma.az
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İnternetdə "Tesla" şirkətinin yeni maşınının prototipinin xəlvəti çəkilmiş fotoşəkilləri yayılıb.
Oxu.Az "Electrek" nəşrinə istinadla xəbər verir ki, yeni avtomobil şirkətin Frimontdakı zavodundan qeydə alınıb.
Dron operatorunun çəkdiyi fotoşəkillər "Tesla"nın yeni və daha büdcəli modelinin istehsalına hazırlaşdığını göstərir.
Sözügdən prototipin arxa və ön hissələrində yüngül kamuflyajı var. Yeni avtomobil adi "Model Y"yə çox oxşayır.
Güman edilir ki, bu, "Model Y"nin sadələşdirilmiş versiyasıdır. Maşında funksiyaların sayının az olacağı təxmin edilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu