“Tesla” pilotsuz avtomobillərini şəhər şəraitində sınaqdan keçirir

29.05.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 29 may, AZƏRTAC

Amerikalı sahibkar İlon Maskın “Tesla” şirkəti bir neçə gündür ki, pilotsuz “Model Y” avtomobillərini Texas ştatının Ostin şəhərində sınaqdan keçirir

AZƏRTAC xəbər verir ki, şirkətin məlumatına görə, zavoddan müştəriyə ilk “öz-özünə çatdırılma” xidməti iyun ayında baş tutacaq.

“Bir neçə gündür ki, “Tesla” Ostində real şəhər şəraitində “Model Y” pilotsuz avtomobillərini sınaqdan keçirir. Sınaqlar uğurla davam edir. Zavoddan birbaşa müştəriyə ilk “öz-özünə çatdırılma” xidməti gələn ay baş tutacaq”, - deyə İlon Mask özünün sosial media hesabında yazıb.

“Newsweek” jurnalın məlumatına görə, İlon Mask ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri vəzifəsini tərk etdikdən sonra bütün diqqətini yenidən “Tesla”, “SpaceX” və “X” şirkətlərinə ayıracaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью