“Tesla” pilotsuz taksinin sınaqlarına başlayıb

28.04.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 28 aprel, AZƏRTAC

ABŞ-ın “Tesla” şirkəti “Robotaxi” adlanan pilotsuz taksinin sınaqlarına başlayıb.

AZƏRTAC xəbər verir ki, şirkət pilotsuz taksinin iş qabiliyyətini hələlik yalnız Texas ştatının administrativ mərkəzi olan Ostin şəhərində və San-Fransisko körfəzi rayonunda sınaqdan keçirə biləcək.

“Robotaxi” müstəqil hərəkət etsə də, təhlükəsizliyə nəzarət üçün hələ də insan lazımdır.

“Tesla”nın sahibi İlon Mask pilotsuz taksinin 2025-ci ilin iyununda fəaliyyətə başlayacağını vəd etmişdi. O, layihənin gələn ilin sonunadək şirkətin maliyyə vəziyyətini əhəmiyyətli dərəcədə dəyişdirəcəyini bildirmişdi.

Buna baxmayaraq, “Tesla”nın işləri o qədər də yaxşı getmir: Cari ilin birinci rübündə şirkətin xalis gəliri 409 milyon dollar təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 71 faiz azdır. Buna həm iqtisadi vəziyyət, həm də Donald Trampı fəal şəkildə dəstəkləyən İlon Maskın imicinin dəyişməsi səbəb olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью