Tesla qüsurlu avtomobillərin sayına görə lider oldu

24.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

"Tesla" 2024-cü ildə təmir üçün geri çağırılan avtomobillərin sayına görə "Stellantis" və "Ford"u qabaqlayaraq rekord qırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Carscoops" məlumat yayıb.

Ümumilikdə, müxtəlif geri çağırma kampaniyaları 5,1 milyon "Tesla" avtomobilinə təsir göstərib. Təkcə "Tesla Cybertruck" pikapları il ərzində ən azı altı dəfə geri çağırılıb.

“Stellantis” 4,7 milyon, "Ford" isə 4,4 milyon avtomobili aşkar edilmiş qüsurlara görə geri çağırıb. Yaponiyanın "Honda" şirkəti isə bu siyahıda dördüncü yeri tutub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью