Tesla səhmlərinin qiyməti rekord yenilədi

12.12.2024

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla-nın səhmlərinin qiyməti Bakı vaxtı ilə saat 09.00-a olan məlumata görə, 6 faiz artaraq 425 dollara çatıb.

Beləliklə, şirkətin səhmlərinin qiyməti 3 noyabr 2021-ci ildə qeydə alınan 414,5 dollarlıq rekordu yeniləyib. 

Avtosfer.az xəbər verir ki, səhmlərinin bahalaşaması ilə Tesla-nın bazar dəyəri 1,3 trilyon dollara çatıb.

Dünyanın ən varlı adamı olan Tesla-nın baş direktoru (CEO) İlon Maskın sərvəti 370 milyard dolları ötüb.

Maskın dəstəklədiyi Donald Trampın ABŞ-ın 47-ci prezidenti seçilməsindən sonra Tesla səhmləri bahalaşır.

Trampın seçkilərdə qalib gəlməsindən sonra Teslanın səhmləri 66 faizdən çox dəyər qazanıb.

ABŞ-ın yeni seçilmiş prezidenti Trampın Musk və sahibkar Vivek Ramaswamy-nin Hökumətin Səmərəliliyi Departamentini idarə edəcəyini açıqlaması da Tesla səhmlərinin bahalaşmasına töhvə verib. 

(marja.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью