“Tesla” sürücüsüz avtomobilləri sınaqdan keçirir Tarix yaxındır

29.05.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Amerikalı sahibkar İlon Maskın “Tesla” şirkəti bir neçə gündür ki, sürücüsüz “Model Y” avtomobillərini Ostində (Texas ştatı) sınaqdan keçirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mask “X”də yazıb.
Onun sözlərinə görə, zavoddan müştəriyə ilk öz-özünə çatdırılma iyun ayında baş tutacaq.
“Hər şey qaydasında gedir. Hətta plandan bir ay əvvəl. Zavoddan birbaşa müştəriyə ilk öz-özünə çatdırılma gələn ay baş tutacaq”, - deyə Mask qeyd edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью