“Tesla” sürücüsüz robotaksisini Yaponiyada nümayiş etdirib

11.09.2026

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin elektrik avtomobilləri istehsalçısı “Tesla” şirkəti Yaponiyada ilk dəfə tam sürücüsüz robotaksisi olan “Cybercab”ı təqdim edib.

AZƏRTAC Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, avtomobil Tokionun Aoyama rayonunda nümayiş etdirilib.

İki nəfərlik “Cybercab”da sükan, qaz və əyləc pedalları yoxdur. Avtomobil səkkiz kamera vasitəsilə ətrafını izləyərək tamamilə sürücüsüz hərəkət etmək üçün hazırlanıb. Nəqliyyat vasitəsinin kəpənək tipli qapıları, geniş baqaj bölməsi və böyük sensor ekranı var.

“Tesla” artıq “Cybercab”ın kütləvi istehsalına başlayıb və ABŞ-nin bəzi ərazilərində robotaksi xidmətlərini tətbiq edib. Avtomobilin hazırda Yaponiyada satışa çıxarılması planlaşdırılmır. Şirkətin Yaponiya üzrə rəhbəri bildirib ki, uyğun şərait yaranarsa, ölkədə sürücüsüz taksi xidməti yaratmaq niyyətindədir.

“Cybercab” sentyabrın 18-dən Osakada, sentyabrın 22-dən isə Naqoyada nümayiş etdiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью