Tesla təyyarə ilə toqquşmadan belə yayındı VİDEO

06.11.2025

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tesla eketromobilinin avtopilot sistemi maşını təyyarə ilə toqquşmadan son anda xilas edib. 

Avtosfer.az xəbər verir ki, hadisə ABŞ-nin Oklahoma ştatında baş verib. Video tez bir zamanda sosial şəbəkədə yayılıb.
Videoda görünür ki, avtopilot sistemi magistralda cəmi 1 metr hündürlükdə uçan HHQ-yə məxsus yüngün hücum təyyarəsinə dərhal reaksiya verərək maşını kənara çəkib. Bununla da, qəzadan yayınmaq mümkün olub. Hadisə zamanı heç kim zərər çəkməyib.
Məlum olub ki, təlim zamanı təyyarənin mühərriki sıradan çıxdığı üçün pilot onu aerodromdan kənarda yerə endirməyə cəhd edib. Təyyarə elektrik xəttini qıraraq otluq əraziyə düşüb. Pilotlar yüngün xəsarətlə salamat çıxmağı bacarıblar.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью