Icma.az bildirir, Gununsesi portalına istinadən. Dünyanın ən böyük elektrik avtomobil akkumulyatoru istehsalçısı Çin Contemporary Amperex Te
Şirkətə görə, yeni “Shenxing” akkumulyatoru cəmi 5 dəqiqəlik şarjla təxminən 500 kilometr (320 mil) məsafə qət edə bilir.
Gununsesi.info trthaber.com- a istinadən xəbər verir ki, CATL-nin bu açıqlaması çinli rəqibi BYD-nin keçən ay elan etdiyi “Tesla qatili” olaraq adlandırılan yeni batareya texnologiyasından sonra gəldi.
BYD-nin akkumulyatorları 5 dəqiqəlik şarjla təqribən 400 kilometr məsafə qət edə bildiyi halda, CATL bu rəqəmi 100 kilometr artırıb.
Teslanın Supercharger texnologiyası 15 dəqiqəyə yalnız 320 kilometr məsafə qət edə bilir.
Şirkətin Şanxayda keçirilən “Texnologiya Günü” tədbirində çıxış edən CATL Texnologiya Direktoru Qao Huan bildirib: “Biz bir daha performans sərhədini gücləndiririk.
Məqsədimiz Shenxing supercharger batareyasını elektrikli avtomobillər üçün yeni standart halına gətirməkdir”.
Yeni nəsil Shenxing batareyası tam doldurulduqda 800 kilometr (500 mil) məsafə qət edə bilir.