Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-də aralıq seçkilərdə Demokratların Konqresin hər iki palatasına nəzarəti ələ keçirməsindən sonra İlon Maskın şirkətlərinin səhmləri kəskin ucuzlaşıb.
Bakıvaxtı.az "Business Insider"ə istinadən xəbər verir ki, son iki gündə "Tesla" və "SpaceX"in səhmləri təxminən 15% dəyər itirib.
Məlumata görə, buna səbəb investorların Demokratların Maskın biznesinə nəzarəti sərtləşdirəcəyindən ehtiyat etməsidir. Mask seçki kampaniyası zamanı respublikaçılara böyük maliyyə dəstəyi göstərib və məğlubiyyət onun üçün əlavə risklər yaradıb.
Bununla yanaşı, süni intellekt və məlumat mərkəzləri ilə bağlı səhmlərin kütləvi satışı da təzyiqi artırıb.
Gülşən Şərif