Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
"Tesla" şirkəti “Roadster” modelinin ikinci nəslinin təqdimatını növbəti dəfə təxirə salıb.
Avtosfer.az xəbər verir ki, bu dəfə təqdimat oktyabrın 15-nə keçirilib. Şirkətdən bildirilib ki, hava proqnozları diqqətlə izlənilir. Təxirəsalmada məqsəd avtomobili açıq havada təqdim etməkdir. Qapalı oteldə təqdimat keçirildiyi halda, maşının imkanlarını nümayiş etdirmək mümkün olmayacaq.
Qeyd edək ki, “Roadster” modelinin ikinci nəsli ilk dəfə 2017-ci ildə təqdim edilib. İstehsal 2020-ci il üçün nəzərdə tutulsa da, dəfələrlə təxirə salınıb. Ötən sentyabrda avtomobil üçün sifarişlərin qəbulu başlayıb. Növbəti təqdimat mərasimində qiymətlə yanaşı, istehsal planları da elan ediləcək.
Vüqar