“Tesla”da robot işçiyə xəsarət yetirib 51 milyon dollar təzminat istəyir

24.09.2025

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Tesla”nın Kaliforniya ştatındakı Fremont zavodunun texniki işçisi Peter Hinterdobler sənaye robotunun onu yıxaraq ciddi xəsarət yetirməsindən sonra 51 milyon dollarlıq iddia qaldırıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Independent” yazır.

“O dedi ki, yaramaz robot qəfildən və xəbərdarlıq etmədən onu vurub, nəticədə 50 yaşlı işçi ağır xəsarətlər alıb və tibbi xərcləri ödəməkdə çətinlik çəkib”, - nəşr qeyd edir.

Peter Hinterdoblerin şikayətinə görə, mexaniki qol ona əhəmiyyətli qüvvə ilə zərbə endirərək, onun yerə yıxılmasına və huşunu itirməsinə, həmçinin digər xəsarətlər almasına səbəb olub.

Qeyd edək ki, hadisə 22 iyul 2023-cü ildə baş verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью