“Tesla”dan edilən oğurluğa cəhdlə bağlı DİN dən açıqlama

05.02.2025

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Xəbər verdiyimiz kimi, ödənişli parklanma ərazisində naməlum şəxs avtomobillərə yaxınlaşaraq bir-bir qapıların açıq olub-olmadığını yoxlaması və soyğunçuluğa meyillənən şəxsin bu addımı baş tutmayıb. 

Baş vermiş hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov AZXEBER.COM-a açıqlama verib. 

O, açıqlamasında həmin şəxsin saxlanılması istiqamətində tədbirlər görüldüyünü bildirib: "Görüntülərlə bağlı araşdırma aparılır. Polis əməkdaşları tərəfindən həmin şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər davam etdirilir". 

Qeyd edək ki, naməlum şəxs ilk növbədə "Tesla"nın qapısını açmaq istəyir. Avtomobilin özünümüdafiə sistemi işə düşərək görüntüdəki şəxsi lentə alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью