“Tesla”dan uçan avtomobil gəlir?

14.09.2026

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


“Tesla” təxminən 10 ildir gözlənilən yeni nəsil “Roadster” modelini 1 oktyabrda təqdim edəcəyini açıqlayıb.

“Bakupost” xəbər verir ki, yeni “Roadster”in “SpaceX” tərəfindən hazırlanmış itələyicilərlə təchiz olunan və qısa müddətə havaya qalxa bilən xüsusi versiyasının olacağı iddia edilir.

Məlumata görə, “Tesla Roadster”in iki versiyasını hazırlaya bilər. Onlardan biri adi yollar üçün nəzərdə tutulan standart model, digəri isə məhdud sayda istehsal ediləcək xüsusi “uçan” versiya.

“Tesla”nın paylaşdığı görüntüdə avtomobilin üzərində dörd dairəvi quruluş diqqət çəkir. Bunların “SpaceX” itələyiciləri ola biləcəyi ehtimal edilir.

Lakin avtomobilin həqiqətən havaya qalxıb-qalxmayacağı və bu texnologiyanın istehsal modelində istifadə olunub-olunmayacağı hələ məlum deyil.


Vüsalə Hüseynova,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью