“Tesla”nın gələcək dəyərinin 80% i “Optimus” robotları sayəsində yaradılacaq

03.09.2025

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

Amerikanın elektrik avtomobil istehsalçısı “Tesla”nın gələcək dəyərinin təxminən 80%-i antropomorfik robotlar “Optimus” sayəsində yaradılacaq. 

Banco.az xəbər verir ki, bunu şirkətin rəhbəri İlon Mask açıqlayıb.

Mask X-də yazıb: “Robotlar ən böyük böyümə faktorudur”

Biznesmen bu göstəricilərə nə vaxt nail olmağı planlaşdırdığını açıqlamayıb.

Daha əvvəl Mask bildirmişdi ki, insanabənzər robot “Optimu”s ilə birlikdə “Starship” kosmik gəmisi 2026-cı ilin sonunda Marsa göndəriləcək.

Onun sözlərinə görə, bu uçuşlar uğurlu olarsa, 2029-cu ildə insanların olduğu gəmilər göndərilə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью