Teslanın kreslosu | Icma.az
Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Kənardan baxanda elə bildim, Süleyman Rəhimovdur.
Düşündüm ki, yalnız bizim yazıçının kresloda oturmuş halda heykəlini ucalda bilərlər. Yaxınlaşanda nə görsəm yaxşıdır?
Kresloda oturan Tesladır. Altında da ad-familiyası - Nikola Tesla. Beynimdəki alqoritmlər tamam dəyişdi.
İçindəki tavtologiyanın "donquldanması", "özününkü"nə yönəli qeyri-ixtiyari ironik hərəkətlənmə belə olurmuş!
Hərçənd, "28 may"ın yaxınlığındakı Mirəli Qaşqay küçəsində yerləşən "Kitapçı"da təqdimata gedirdim.
Bu da mənə Qərb və Şərq dünyalarımızın haralarda olduğu barədə mesaj!
Bakının, həqiqətən, təzadlar şəhəri olmasına dair daha bir bariz nümunə!
Sən deməklə deyil ki, Bakı öz-özünə danışan, öz-özünü tənzimləyən şəhərdir.
Tam oxu
Xəbəri oxu