Teslanın rəhbərinə Hitler salamı

24.01.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Amerikalı iş adamı İlon Maskın son aylardakı davranışları bir çox insanda narazılıq doğurub. Onun prezident Donald Trampın andiçmə mərasimindəki jesti isə hələ də müzakirə edilir. 

Avtosfer.az xəbər verir ki, Almaniyadakı “Siaysi gözəllik mərkəzi” daha kreativ davranıb. Mərkəzin rəssamları xüsusi işıq effektləri ilə iş adamının şəklini Teslanın Berlindəki ofisinin binasına proeksiya ediblər. Proeksiyada o, Hitlerin obrazında təsvir edilir. şəklin yanında isə “Hayl Tesla” (yaşasın Tesla) yazılıb.

Qeyd edək ki, Almaniyada Üçüncü Reyxin dövründə “Hayl Hitler” rəsmi salam forması idi.

Vüqar Yaşaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью