“Tesla”nın rəqs edən robotu “Optimus” təqdim olunub VİDEO

13.05.2025

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mask “Optimus”un rəqsini əks etdirən videonu nümayiş etdirib

Amerikalı milyarder İlon Mask “X”da rəhbəri olduğu “Tesla”nın rəqs edən robotunun videosunu yayımlayıb. AYNA.AZ xəbər verir ki, Mask insanabənzər robot “Optimus”un rəqs etdiyini göstərən paylaşımına "Kostyumlu aktyor kimi başlayan şey indi reallıqdır" deyib.

2022-ci ilin oktyabrında “Tesla”nın rəhbəri insanabənzər robot “Optimus”un prototipini təqdim etmişdi.

İndi robot səhnəyə çıxıb və tamaşaçılara əl yelləyib. Mask “Optimus”un çiçəkləri suladığını əks etdirən videonu da nümayiş etdirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью