Icma.az, Lent az portalına istinadən məlumat verir.
Tesla ABŞ-ın Ostin şəhərində yeni “Cybercab” robotaksisi ilə məhdud ərazilərdə ödənişli sərnişin daşınmasına başlayıb.
Lent.az xəbər verir ki, iki nəfərlik avtomobil tam avtonom idarəetmə üçün hazırlanıb və adi avtomobillərdən fərqli olaraq sükan, qaz və əyləc pedalları, həmçinin yan güzgüləri yoxdur.
ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyası (NHTSA) “Cybercab”ın istifadəyə verilməsini araşdırır.
Qurum Tesla ilə bu məsələ ilə bağlı əlaqə saxladığını bildirib. Səbəb isə ABŞ-da təhlükəsizlik qaydalarının bir sıra hallarda avtomobillərdə insan tərəfindən idarəetmə vasitələrinin olmasını tələb etməsidir.
Tesla “Cybercab”ı gələcək robotaksi xidmətinin əsas avtomobili kimi görür.
Şirkətin Texasda hazırda 420 avtonom avtomobili qeydiyyatdadır və onların 45-i “Cybercab”dır. Şirkət gələcəkdə bu modelin ən kütləvi istehsal etdiyi avtomobilə çevriləcəyini gözləyir.