“Tess” və “Greenfield” çaylarında təhlükə barədə AÇIQLAMA RƏSMİ

15.10.2025

Icma.az, Bakupost saytına istinadən bildirir.


Rusiyada istehsal olunan bir sıra çay məhsullarında təhlükəli kimyəvi maddələrin aşkarlanması ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalar aparılıb.

Agentlikdən Bakupost.az-a verilən məlumata görə, Rusiya istehsalı olan ölkəmizə idxal edilmiş çay brendlərindən - "Greenfield" və "Tess" çeşidlərindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Aparılan müayinələr nəticəsində hər iki çayın sınaq nəticələri qənaətbəxşdir, hər hansı uyğunsuzluq müəyyən edilməyib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью