Test nəticəsi müsbət çıxdı, serialdan qovulacaq?

05.06.2026

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyədə məşhurlara yönəlik aparılan narkotik araşdırması çərçivəsində daha bir məşhurun test nəticəsi bəlli olub.

Axşam.az xəbər verir ki, "Kızılcık şerbeti" serialında "Nilay" obrazını canlandıran aktrisa Feyza Civelekin saç və qanından götürülmüş nümunələr müsbət çıxıb.

Qeyd edək ki, serialın baş rol aktyorlarından Doğukan Güngör narkotik testinin müsbət nəticəsinə görə kanal rəhbərliyi tərəfindən heyətdən çıxarılmışdı. Hazırda isə ekran işinin ssenaristi Feyzanın anası Melis Civelekdir. Həmçinin aktrisa 2023-cü ildə kokain sifariş etdiyi üçün polis tərəfindən saxlanılmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью