Test topluları bu səbəbdən yenilənir Ekspert AÇIQLADI

08.09.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Yeni tədris ili başlayır və təbii ki, bu tədris ilində test toplularında, xüsusilə xarici dil fənni ilə bağlı vəsaitlərdə müəyyən yeniliklər var. Məlum olduğu kimi, növbəti ildən etibarən ingilis dili üzrə 100 sözdən ibarət esse yazılması tələb olunacaq. Buna görə də test toplularında müvafiq esse nümunələri və həmin istiqamət üzrə test tapşırıqları təqdim olunur".

Bunu Redaktor.az-a elm və təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bildirdi.

O əlavə etdi ki, test tapşırıqlarında yeniliklər olduqda, avtomatik olaraq nəşrlər də yenilənir

"Abituriyentlər, şagirdlər və müəllimlər həmin tapşırıqların nümunələri və model testlərlə tanış olmalıdırlar. O tapşırıqları işəyib vədriş etməlidirlər. Bunun üçün yeni topluların istifadəsi lazımdır. Digər vəsaitlərdə də fənlər üzrə müəyyən yeniliklər var. Proqramdan çıxarılan mövzularla bağlı testlər topludan çıxarılır, yeni əlavə olunan mövzular üzrə testlər daxil edilir. Eyni zamanda qəbul imtahanlarında istifadə olunan sualların modelinə uyğun test tapşırıqları da əlavə olunur. Ona görə də hər il test toplularında müəyyən dəyişikliklərin edilməsi təbiidir".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью