Tətil üçün kəndə getdiyi kənddə gənə dişləməsindən ÖLDÜ

03.06.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Sivas vilayətində Kırım-Konqo Hemorragik Qızdırması (KKHQ) şübhəsi ilə müalicə alan 31 yaşlı qadın həyatını itirib.

Redaktor.az bu barədə Türkiyə mediasına istinadla xəbər verir.

İstanbul şəhərində yaşayan, tətil üçün doğulduğu Sivasın Akıncılar rayonuna gedən, iki uşaq anası Havva Dursunu gənə dişləyib.

Bir müddət sonra səhhəti pisləşən qadın yaxınları tərəfindən Akıncılar Dövlət Xəstəxanasına çatdırılıb. Daha sonra o, Suşehri Dövlət Xəstəxanasına köçürülüb.

Vəziyyəti ağırlaşdığından Havva Dursun Sivas Cümhuriyyət Universitetinin Sağlamlıq Xidmətləri Tədris və Araşdırma Xəstəxanasına göndərilib. KKHQ şübhəsi ilə Reanimasiya və İntensiv Terapiya şöbəsində müalicə alan qadının həyatını xilas etmək mümkün olmayıb.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью