Tətildə olan Kral xəstəxanaya yerləşdirildi

25.02.2026

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Norveç kralı V Harald yoluxucu xəstəlik səbəbindən İspaniyanın Tenerife adasındakı xəstəxanaya aparılıb.

"Unikal" xəbər verir ki, bu barədə "Independent" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, 89 yaşı tamam olan Norveç monarxı həyat yoldaşı Kraliça Sonya ilə birlikdə Kanar adalarında tətildədir. Səhhəti pisləşən Kral Tenerife adasındakı xəstəxanaya aparılıb və orada müalicə olunur. 

Kralın artıq özünü daha yaxşı hiss etdiyi qeyd olunub. 

Gülayə Mecid  


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью