Tətildə öldü: Ürəksiz geri göndərildi

03.12.2025

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Ailəsi ilə birlikdə Cənubi Kiprə istirahətə gedən İngiltərə vətəndaşı, 76 yaşlı Maykl Qreli ayağında yaranan kəskin ağrı səbəbindən özünü pis hiss edib və xəstəxanaya yerləşdirilib. 

Qısa müddət sonra həkimlər ailəsinə onun vəfat etdiyini bildiriblər.

“Cebheinfo.az” xəbər verir ki, ilkin yarılmadan sonra cəsəd ailəsi tərəfindən İngiltərəyə aparılıb. Lakin ölüm səbəbi qeyd edilmədiyindən, Britaniya tərəfi yenidən ekspertiza keçirib. 

Araşdırma zamanı Qrelinin ürəyinin bədənində olmadığı aşkar olunub. Bu isə ailənin ikinci dəfə sarsıntı yaşamasına səbəb olub.

Məlumata görə, mərhumun ürəyi hazırda Cənubi Kiprdə bir tədqiqat mərkəzində saxlanılır. Ailə isə qaranlıq məqamların araşdırılmasını tələb edir.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью