Tətildən gec gəldikləri üçün heyətdən kənarlaşdırıldılar

03.01.2025

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Samsunspor”un baş məşqçisi Tomas Reis Yeni il tətilindən gec qayıdan futbolçularını cəzalandırıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə klub açıqlama yayıb. 

Belə ki, Olivier Ntcham, Landry Dimata, Gaetan Laura və Flavien Taitini məşqlərdən kənar buraxılıb.

Bununla yanaşı, adıçəkilən futbolçuların sabah keçiriləcək “Trabzonspor”la oyunda da yer ala bilməyəcəyi vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью