Tətillərdə yerli turistlərin üstünlük verdiyi rayonlar

28.01.2026

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tətil və bayram günlərində vətəndaşların ölkədaxili səyahətlərə marağı əhəmiyyətli dərəcədə artır. Xüsusilə son illər regionlara turistik səfərlərin intensivləşməsi fonunda ən çox ziyarət edilən rayonların hansılar olması maraq doğurur.

Bu məqsədlə BAKU.WS Dövlət Turizm Agentliyinə sorğu ünvanlayıb.

Dövlət Turizm Agentliyinin BAKU.WS-in sorğusuna verdiyi cavaba əsasən, hazırda ölkədaxili turistik səfərlər əsasən ənənəvi 4 turizm dəhlizi üzrə cəmləşib. Bunlar Bakı–Şimal, Bakı–Şimal-qərb, Bakı–Qərb və Bakı–Cənub turizm dəhlizləridir.

Qurumun məlumatına görə, bu dəhlizlər üzrə əsas turizm resurslarının toplandığı ərazilər ən çox səfər olunan istiqamətlər hesab edilir. Bu baxımdan Quba, Qusar, Şəki, Qəbələ, İsmayıllı, Lənkəran, Lerik, Astara, Gəncə və Göygöl rayonları xüsusilə fərqlənir.

Bildirilib ki, ölkə üzrə ən çox ziyarət edilən şəhərlər sırasında Bakı birinci yerdə qərarlaşıb. Xüsusilə bayram və istirahət günlərində qeyd olunan bölgələrə turistik səfərlərin sayında ciddi artım müşahidə olunur.

Dövlət Turizm Agentliyi əlavə edib ki, mövcud turizm dəhlizlərindən başqa, Naxçıvan ayrıca turizm destinasiyası kimi diqqət çəkir. Eyni zamanda işğaldan azad olunmuş ərazilər də mərhələli şəkildə ölkədaxili turizm destinasiyası kimi formalaşmaqdadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью