Tevesi Argentina millisinin sabiq baş məşqçisi əvəzlədi

11.06.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

Argentina millisinin sabiq baş məşqçisi Xorxe Sampaolinin yeni iş yeri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, 66 yaşlı mütəxəssis "Talyeres" komandasının "sükanı arxasına" keçib.

Məlumatı Kordova təmsilçisinin rəsmi saytı yayıb.

Sözügedən mütəxəssis müddəti 2027-ci ilin dekabrına qədər nəzərdə tutulan müqaviləyə imza atıb. Təcrübəli məşqçi bu postda Karlos Tevesi əvəzləyib.

Xatırladaq ki, Xorxe Sampaoli 2017-2018-ci illərdə Argentina yığmasında əsas söz sahibi olub. O, daha öncə "Renn", "Flamenqo", "Sevilya", "Olimpik Marsel" kimi klublarda da işləyib.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью