Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Argentinanın "Talyeres" klubu yeni baş məşqçisinin adını açıqlayıb.
QOL.az xəbər verir ki, komandanı Xorxe Sampaoli çalışdıracaq.
66 yaşlı məşqçi bu vəzifədə Karlos Tevesi əvəzləyib. Teves komandanın Apertura pley-off mərhələsinin 1/16 finalında mübarizəni dayandırmasından sonra vəzifəsindən uzaqlaşdırılmışdı.
Klubun yaydığı rəsmi açıqlamada Sampaolinin zəngin beynəlxalq təcrübəyə, yüksək nüfuza və çətin vəzifələrin öhdəsindən gəlmək bacarığına malik olduğu vurğulanıb.
Qeyd edək ki, "Talyeres" 2026-cı il Argentina çempionatını 8-ci pillədə başa vurub. Xorxe Sampaoli daha əvvəl "Atletiko Mineyro", "Renn", "Flamenqo", "Sevilya", "Marsel", "Santos" klublarında, eləcə də Argentina millisində çalışıb.