Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“İnter Mayami”nin hücumçusu Lionel Messi sabiq futbolçu Karlos Tevesin vida matçında iştirak edəcək.
QOL.az "ESPN Argentina"ya istinadən xbər verir ki, “Adiós Apache” adlanan tədbir dekabrın 20-də Buenos-Ayresdəki “La Bombonera” stadionunda keçiriləcək. Argentinanın paytaxtında təşkil ediləcək oyunda Messinin iştirakı artıq rəsmi olaraq təsdiqlənib.
Messi və Teves uzun illər Argentina millisində birgə çıxış ediblər. 42 yaşlı Teves 2022-ci ildə futbolçu karyerasını başa vursa da, ulduz futbolçuların iştirakı ilə vida matçı keçirmək qərarına gəlib.
Kriştiano Ronaldo da Karlos Tevesin vida matçına dəvət olunub. Lakin portuqaliyalı ulduzun iştirakı hələ təsdiqlənməyib.
Teves onunla “Mançester Yunayted”də birgə çıxış edib və Ronaldo ilə Messini eyni matçda görmək istədiyini bildirib.
Dekabrın 20-də “Əl-Nəsr”in də Səudiyyə Superkubokunda oyunu nəzərdə tutulub. Bu səbəbdən Ronaldonun Tevesin vida oyununda iştirakı sual altındadır.
Görüşdə Xuan Roman Rikelme və Serxio Aquero kimi sabiq argentinalı futbolçuların da iştirakı gözlənilir.