Texasda kiçik təyyarə yaşayış evinin damına düşüb

21.07.2026

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın Texas ştatında Piper J-3 Cub markalı yüngülmühərrikli təyyarə yaşayış evinin damına məcburi eniş edib.

Sherg.az xəbər verir ki, hadisə Fort-Bend dairəsinin Fulşir rayonunda baş verib. Məlumata görə, iki yerlik təyyarə yaxınlıqdakı uçuş-eniş zolağına enməyə cəhd edərkən yaşayış evinin damına düşüb.

Təyyarədə yalnız pilot olub. O, yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb. İlkin məlumata əsasən, evdə olan sakinlər arasında xəsarət alan olmayıb.

ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) hadisə ilə bağlı araşdırmalara başlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью