Texasda kütləvi ATIŞMA ölən və yaralanan var

13.06.2026

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın Texas ştatının qərbində kütləvi atışma nəticəsində 1 nəfər ölüb və azı 10 nəfər yaralanıb. Bu barədə CNN telekanalı məlumat yayıb.

Hadisə iyunun 12-də səhər saatlarında Midlend şəhərində baş verib. Polisin məlumatına görə, atəş səsləri Uest-Uoll-stritdə 4600-cü məhəllədə yerləşən binada eşidilib. Şəhər meri Lori Blonq bildirib ki, ümumilikdə 11 nəfərin xəsarət aldığı məlumdur, onlardan azı 1 nəfər hadisə yerində həlak olub. Onun sözlərinə görə, atəş açan şəxs zərərsizləşdirilib.

Rəsmilər hələlik şübhəli şəxs və hücumun mümkün motivləri barədə məlumat açıqlamırlar.

Mətləb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью