Texasda sel: 160 dan çox insan yoxa çıxıb

09.07.2025

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın Texas ştatında baş verən daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb. 

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu sayın azı 2.5 dəfə dəfə artacağı gözlənilir.

Məlumata görə, güclü seldən sonra 160-dan çox insan yoxa çıxıb: "Hazırda onlar itkin düşmüş şəxs kimi axtarılırlar"

Texas qubernatoru Gregg Abbott faktı təsdiqləyib. O, iyulun 4-də başlayan güclü yağışlar nəticəsində baş verən fəlakətin miqyasınn ölçüyəgəlməz olduğunu deyib: "109 nəfərin ölməsi təsdiqlənib. 161 nəfər sakinimiz isə itkindir. Ola bilər bu sayda artım olsun..."

Lamiyə Əhmədli
MİA.AZ

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью