Təxirə salınan oyun bu gün keçiriləcək

29.11.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın qadınlardan ibarət U-19 millisi Avropa çempionatının seçmə mərhələsində 2-ci oyununa çıxacaq.

"Unikal" xəbər verir ki, yığmamız səfərdə Şimali Makedoniya ilə qarşılaşacaq.

Sözügedən matç ötən gün keçirilməli idi. Lakin görüş əlverişsiz hava şəraiti və "Mladost" stadionunun meydançasının yararsız vəziyyətdə olması səbəbindən bu günə təxirə salınıb.

Oyun Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.

Qeyd edək ki, U-19 millimiz ilk matçında Sloveniyaya 0:2 hesabı ilə uduzmuşdu.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью