Təxirə salınmış oyunda son dəqiqənin hökmü

20.12.2024

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qarabağ” Azərbaycan Premyer Liqasında III turdan təxirə salınmış oyunda “Şamaxı”nı məğlub edib – 1:0. Yeganə qolu oyunun sonuncu dəqiqəsində Musa Qurbanlı vurub.

Matçdan öncə “Qarabağ”dan rahat qələbə gözlənilirdi. “Şamaxı”nın son turlardakı enişi və heyətdəki problemlər “atlılar”ın üç xalı asanlıqla əldə edəcəyini proqnoz etməyə imkan verirdi. Lakin matç gözlənildiyi kimi keçmədi. “Şamaxı” liderə ciddi müqavimət göstərdi. “Qarabağ”ın rahat qələbəsi bir yana, məğlubiyyət də ola bilərdi. “Şirlər”in dirəkdən qayıdan topu, ofsayd səbəbiylə qeydə alınmayan qolu oldu. Ayxan Abbasovun yetirmələri güclü rəqibinə layiqli müqavimət göstərə bildi. “Şamaxı” üçün “Qarabağ”la matçda qazanılacaq bir xal da qələbəyə bərabər olardı.

Son dəqiqədə vurulan qolla aktivinə üç xal yazdıran “Qarabağ” qış fasiləsinə lider kimi daxil olmağı təmin etdi. İlin son oyunu ikinci pillədəki “Araz-Naxçıvan”a qarşı olacaq. Komandalar arasındakı fərq artıq 5-ə çatıb. Qələbə “atlılar”ın böyük fərqlə qış çempionluğunu gətirəcək.

“Şamaxı” məğlub olmasına baxmayaraq, mövsümün qalan hissəsi üçün ümid verdi. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv üçün nəticə qaneedici olmasa da, oyun baxımından irəliləyiş hiss olundu. Elitada qalmaq mübarizəsi aparan bölgə təmsilçisinin bəzi mövqeləri gücləndirməyə ehtiyacı var. Xüsusilə, müdafiədəki boşluqlar və hücumun mərkəzindəki bitiricilik problemi həll edilməzsə, Premyer Liqada qalmaq çətinləşəcək.

Şahin Cəfərov

Əsas xəbərlər, Premyer liqa “Qarabağ” – qış çempionu

20 Dekabr 2024, 8:52

Əsas xəbərlər, Ölkə futbolu Emrah Çelikel: “Qış fasiləsində Juninyo kimi futbolçu tapa bilmərik”

19 Dekabr 2024, 22:29

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Qələbəsizlik və ya uğursuzluq sindromu…

19 Dekabr 2024, 22:08

Əsas xəbərlər, Ölkə futbolu Qurban Qurbanov: “Juninyo getmək istəyir”

19 Dekabr 2024, 17:12

Əsas xəbərlər, Ölkə futbolu Ayxan Abbasov: “Vurduğumuz qolda mənə görə ofsayd yox idi”

19 Dekabr 2024, 16:55

Əsas xəbərlər, Manşet, Premyer liqa “Qarabağ” son dəqiqə qolu ilə qazandı

19 Dekabr 2024, 15:53

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью