Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 27 noyabr, AZƏRTAC
Misli Premyer Liqasında III turdan təxirə salınmış “Şamaxı” – “Qarabağ” oyununun vaxtı açıqlanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma dekabrın 9-da keçiriləcək.
Şamaxı şəhər stadionunda oynanılacaq görüş saat 14:00-da start götürəcək.